Yunan-Roma güləşi üzrə bütün yarışlarda parter qaydası ləğv olunub

Yunan-Roma güləşi üzrə bütün yarışlarda parter qaydası ləğv olunub Bu qayda böyüklərə də şamil edilib
Fərdi
6 Oktyabr , 2016 16:44
Yunan-Roma güləşi üzrə bütün yarışlarda parter qaydası ləğv olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə bütün yaş qrupları üzrə yarışlarda parter qaydası ləğv edilib. 

"Report" xəbər verir ki, Dünya Güləş Birliyi yeniyetmə və gənclər arasında yarışlarda ləğv olunmuş qaydanı böyüklərə də şamil edib. 

İndi passiv güləşməyə görə parter tətbiqi qaydası ləğv edilib. Əvəzində həmin güləşçiyə ilk dəfə şifahi xəbərdarlıq ediləcək və bu, protokolda əksini tapacaq. Eyni güləşçi yenə də passivlik nümayiş etdirsə, ona rəsmi xəbərdarlıq ediləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilsə, ikinci rəsmi xəbərdarlıq alacaq və rəqibin hesabına 1 xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1 texniki xalın verilməsi ilə nəticələnəcək. 

Passivliyə görə edilən xəbərdarlıq səbəbindən və rəqibə xal verildiyi üçün görüş dayandırılmayacaq. 

Son xəbərlər

Orphus sistemi