Yuxarı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Baş məşqçi Şaban Donat 10 pəhləvana güvənəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Apelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı üçün yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Şaban Donat 10 pəhləvana güvənəcək. Dağıstana Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubov (130 kq) yollanacaq.

Qeyd edək ki, aprelin 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, mayın 1-də 60 kq, 67 kq, 72kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək. Medal görüşləri isə müvafiq olaraq, mayın 1 və 2-də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi