Cüdo üzrə yeniyetmələr arasında region birinciliyi davam edir

Cüdo üzrə yeniyetmələr arasında region birinciliyi davam edir Bu dəfə zona yarışı Ağdamın Quzanlı qəsəbəsində baş tutub
Fərdi
4 Oktyabr , 2017 01:08
Cüdo üzrə yeniyetmələr arasında region birinciliyi davam edir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən xəbərə görə, bu dəfə zona yarışı Ağdamın Quzanlı qəsəbəsində baş tutub.

Aran Qarabağ bölgə çempionatında Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Göyçay, Goranboy, Zərdab, Ucar, Xocalı, Naftalan, Beyləqan, Laçın rayonundan 200-dən çox yeniyetmə cüdoçu mübarizə aparır.

İlk gün 2004-2006-cı il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar, hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi