Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb.
Fərdi
17 Yanvar , 2020 09:09
Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb

Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb.

"Report"un məlumatına görə, yarışın üçüncü günündə altı çəki dərəcəsində qaliblər bəlli olub. 

Əli Hacıyev (55 kq), Nihad İsmayılov (73 kq), Məhəmməd Məhəmmədzadə (90+ kq), Nigar Şahməmmədova (44 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (70 + kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.

Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də komanda yarışları ilə yekun vurulacaq.

Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi