Yaponiyalı kanoeçi rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün cəzalanıb

Yaponiyalı kanoeçi rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün cəzalanıb Yasuxiro Sudzuki 8 il müddətinə yarışlardan kənarlaşdırılıb
Fərdi
9 Yanvar , 2018 14:46
Yaponiyalı kanoeçi rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün cəzalanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Yaponiyalı kanoeçi Yasuxiro Sudzuki yığmaya düşmək uğrunda mübarizə apardığı rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

“Report” xəbər verir ki, bununla bağlı qərarı Yaponiya Anti-Dopinq Agentliyi qəbul edib.

Yaponiya Kanoe Federasiyasının məlumatına görə, İsikava şəhərində keçirilmiş ölkə çempionatında 32 yaşlı Sudzuki özündən 7 yaş kiçik rəqibi Seydzi Komatsunun içkisinə qadağan olunmuş maddələr siyahısına daxil olan anabolik steroid - metandienon səpib. Bundan sonra Komatsu çempionatdan kənarlaşdırılsa da, qərara etiraz edib. Bu səbəbdən, Yaponiya Anti-Dopinq Agentliyi təhqiqat aparıb və onun günahsız olduğu üzə çıxıb.

Hər iki idmançı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yığmaya namizəddirlər.

Qeyd olunur ki, Yasuxiro Sudzuki daha öncə də qeyri-idman davranışı ilə fərqlənib. O, yarış və məşqlər zamanı rəqiblərinin inventarlarını oğurlayıb.

Son xəbərlər

Orphus sistemi