Yuxarı
    Bağlamaq

    Yaponiya Olimpiya Komitəsinin rəhbəri korrupsiyada ittiham olunur

    Bakı. 11 yanvar. REPORT.AZ/ Yaponiya Olimpiya Komitəsinin prezidenti Tsunekazu Takeda Fransa istintaq qurumu tərəfindən korrupsiya ittihamlarına tuş gəlib.

    “Report” “Le Mond”a istinadən xəbər verir ki, Paris istintaq orqanları 2020-ci il Olimpiya Oyunlarını keçirəcək şəhərin 2013-cü ildə keçirilən seçimi zamanı korrupsiya məsələsinə dair araşdırmalar nəticəsində belə bir ittiham irəli sürüb. 

    İstintaqa görə, bu seçim əsnasında Tokionun qələbəsi Afrika ölkələri nümayəndələrinin səslərini əldə etmək məqsədi ilə həyata keçirilmiş gizli bank əməliyyatları sayəsində mümkün olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi