XXXII Ümumdünya Yay Universiadasının büdcəsi bəlli olub

XXXII Ümumdünya Yay Universiadasının büdcəsi bəlli olub 2023-cü ildə Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi bəlli olub.
Fərdi
17 Yanvar , 2020 13:41
XXXII Ümumdünya Yay Universiadasının büdcəsi bəlli olub

2023-cü ildə Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi bəlli olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məlumat verib.

O, universiadanın ümumi maliyyəsinin 83 milyard rubl olacağını bildirib.

Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində olacaq. Azərbaycan idmançıları 2019-cu ildə İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Universiadasını isə 7 medalla 18-ci pillədə başa vurublar.

Son xəbərlər

Orphus sistemi