Vüqar Talıbov: “İnanıram ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi olacağam”

Vüqar Talıbov: “İnanıram ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi olacağam” Bakı. 22 oktyabr. REPORT.AZ/ “Qızıl medal qazandığım üçün çox sevincliyəm. Buradan Azərbaycan xalqına, ümumiyyətlə, mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
Fərdi
22 Oktyabr , 2018 07:56
Vüqar Talıbov: “İnanıram ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi olacağam”

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Qızıl medal qazandığım üçün çox sevincliyəm. Buradan Azərbaycan xalqına, ümumiyyətlə, mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Vüqar Talıbov deyib. 

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunmuş yarışda 66 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən idmançı qazandığı qızıl medalın tək onun uğuru olmadığını vurğulayıb. “Bu, yığma komandanın baş məşqçilərinin, köməkçi məşqçilərin və şəxsi məşqçimin də qızıl medalıdır. Şəxsi məşqçim Aslan Hacıyevə, millinin baş məşqçisi Ramiz Ramizzadəyə, Zaur Babayevə, Emin İsgəndərova və federasiyada çalışan hər bir şəxsə təşəkkür edirəm. Üzərimdə əziyyətləri böyükdür”. 

O, böyüklərin yarışında bu nəticəni təkrarlamaq üçün öz üzərinə bundan da ağır yük götürməli olduğunu bildirib: “Böyüklərin yarışında belə uğur qazanmaq asan olmayacaq. Çox çətin olacaq. İnanıram ki, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi olacağam”.

Olimpiadanın digər qızıl medalçısı sərbəst güləşçi Turan Bayramov da Azərbaycana qızıl medal qazandırdığı üçün sevindiyini deyib: ”Bu, bir ilin yox, dörd ilin əziyyətidir. Ona görə də, adi medal deyil. Qazandığım medal mənim üzərimdə çalışan insanların əziyyətinin nəticəsidir. Bura qədər irəliləməyimin səbəbi onlardır. Hamısına çox sağ olun deyirəm. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Güləş Federasiyasına dərin minnətdarlığımı bildirirəm. Federasiyamızın rəhbəri Namiq Əliyevə, böyük məşqçi Firdovsi Umudova, Əsgərxan müəllimə, şəxsi məşqçim Aqil İbrahimova öz təşəkkürümü çatdırmaq istəyirəm. Qızıl medal qazanmağımda onların çox böyük əməyi var". 

65 kq-da mübarizə aparan idmançı olimpiadada hər qitənin çempionlarının iştirak etdiyini deyib: “Bu, mənim rəqiblərimin az olması ilə nəticələndi. Demək olar ki, görüşlərim çətin keçmədi. Ən çətin qarşılaşmam İran idmançısına qarşı oldu. Ona da rahatlıqla qalib gəldim. 

Turan Bayramov qarşıdakı hədəfinin 2020-ci illdə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi