Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.
Fərdi
23 Avqust , 2019 19:26
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Xorvatiya bir, Azərbaycan isə iki xal qazanıb. 

Azərbaycan - Xorvatiya 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Komanda növbəti oyununu avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Son xəbərlər

Orphus sistemi