Vidadi Rzayev "Kəpəz"in əsas komandasına məşqçi təyin olunub

Vidadi Rzayev "Kəpəz"in əsas komandasına məşqçi təyin olunub Ötənlərin tanınmış azərbaycanlı futbolçusu Şahin Diniyevin köməkçisi kimi çalışacaq
Fərdi
19 May , 2017 15:44
Vidadi Rzayev Kəpəzin əsas komandasına məşqçi təyin olunub

Bakı. 19 may. REPORT.AZ/ Gəncənin “Kəpəz” futbol komandasının məşqçilər korpusunda yeni təyinat olub. 

"Report"un məlumatına görə, Gəncə klubunun U-19 komandasının baş məşqçisi Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayevlə bir il müddətinə müqavilə bağlanılacaq.

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Qeyd edək ki, "Kəpəz"in baş məşqçisi Şahin Diniyevdir. 

Son xəbərlər

Orphus sistemi