Azərbaycan velosipedçisi "Tokio-2020" üçün ölkə reytinqinə növbəti xalları qazandırıb

Azərbaycan velosipedçisi "Tokio-2020" üçün ölkə reytinqinə növbəti xalları qazandırıb Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.
Fərdi
12 İyun , 2019 18:53
Azərbaycan velosipedçisi Tokio-2020 üçün ölkə reytinqinə növbəti xalları qazandırıb

Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub. 

"Report xəbər verir ki, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud MəmmədovƏli Qurbanovdan ibarət heyətlə mübarizə aparan Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.

Komandanın lideri Elçin Əsədov 172 km-lik “Orxan Qazi” turunda finiş xəttini 5-ci keçməklə 15, 122 km-lik “İldırım Bəyazid” yarışında isə 8-ci olmaqla daha 3 xal əldə edib. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi