Yuxarı

Valeriya Məmmədova Avropa çempionatının "arzular komandası"na düşüb

Azərbaycan voleybolçusu çempionatın ən yaxşı liberosu sayılıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçusu Valeriya Məmmədova Avropa çempionatının "arzular komandası"na düşüb.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı Azərbaycanda və Gürcüstanda keçirilmiş çempionatın ən yaxşı liberosu sayılıb.

Rəmzi komandada ümumilikdə 8 voleybolçu yer alıb. Onlardan hərəyə 3-ü çempion Serbiya ilə finalçı Hollandiyanı təmsil edib. Daha bir voleybolçu isə bürünc mükafatçı olan Türkiyə millisinin üzvüdür.

Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi