Yuxarı

Useyn Bolt çəkisizlik şəraiti olan xüsusi təyyarədə kosmonavtlarla yarışıb - VİDEO

Bakı. 13 sentyabr. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt çəkisizlik şəraiti olan xüsusi təyyarədə qüvvəsini sınayıb.

“Report” xəbər verir ki, 32 yaşlı yamaykalı sprinter iki kosmonavtla yarışıb və nəticədə onlara qalib gəlib.

Qeyd edək ki, 2017-ci il dünya çempionatından sonra sprinter karyerasını başa vuran Bolt bu ilin iyulunda Avstraliyanın yüksək dəstəsində çıxış edən “Sentral Kost Mariners” futbol klubu ilə anlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi