Yuxarı

Ukraynada Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar boks yarışı keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Ukraynanın Vinnitsa şəhərində Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan kəmər uğrunda peşəkar boks üzrə yarış təşkil olunub.

"Report"un məlumatına görə, "Heydər Əliyev adına Dünya Boks Komitəsi" (“World Boxing Committee Haydar Aliyev - WBCA) tərəfindən keçirilən yarış şəhərin yaranması gününə təsadüf edib.

"Heydər Əliyev adına Dünya Boks Komitəsi"nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, 12 raundluq görüş ağır çəkili almaniyalı peşəkar boksçu Aleksandr Frank və Macarıstandan olan peşəkar boksçu Zoltan Petranyi arasında baş tutub.

Görüş almaniyalı boksçunun rəqibini vaxtından əvvəl nokauta salaraq qələbəsi ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi