Ukrayna idmançıları Rusiya ərazisində keçiriləcək yarışlarda iştirak etməyəcək - RƏSMİ

Ukrayna idmançıları Rusiya ərazisində keçiriləcək yarışlarda iştirak etməyəcək - RƏSMİ Bu barədə Ukraynanın idman naziri İqor Jdanov əmr imzalayıb
Fərdi
14 Mart , 2018 15:35
Ukrayna idmançıları Rusiya ərazisində keçiriləcək yarışlarda iştirak etməyəcək - RƏSMİ

Bakı. 14 mart. REPORT.AZ/ Ukraynanın idman naziri İqor Jdanov bu ölkənin idmançılarının Rusiya ərazisində keçiriləcək yarışlarda iştirak etməyəcəyinə dair əmr imzalayıb.

“Report” xəbər verir ki, nazir bu barədə şəxsi “facebook” səhifəsində yazıb.

“Donetsk və Luqansk bölgələrinin müvəqqəti işğal olunmuş ərazilərində Ukraynanın dövlət suverenliyini təmin etmək üçün dövlət siyasətinin xüsusiyyətləri haqqında” Qanuna uyğun olaraq, yeni fərman imzaladım. Ukraynalı idmançılar Rusiya ərazisində keçiriləcək istənilən yarışda iştirak etməyəcəklər. Rusiyanın daxili və xarici siyasətini nəzərə alaraq, oradakı yarışlar idmançılarımız üçün təhlükəlidir”, - deyə Jdanov bildirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna yığması Rusiyanın Tümen şəhərində keçirilən biatlon üzrə Dünya Kubokunu boykot etmişdi.

Son xəbərlər

Orphus sistemi