Uimbldon turnirinin ziyanını sığorta şirkəti qarşılayacaq

Uimbldon turnirinin ziyanını sığorta şirkəti qarşılayacaq Koronavirusa görə baş tutmayan tennis üzrə Böyük Dəbilqə seriyalı Uimbldon-2020 turnirinin ziyanını sığorta şirkəti qarşılayacaq.
Fərdi
4 Aprel , 2020 12:30
Uimbldon turnirinin ziyanını sığorta şirkəti qarşılayacaq

Koronavirusa görə baş tutmayan tennis üzrə Böyük Dəbilqə seriyalı "Uimbldon-2020" turnirinin ziyanını sığorta şirkəti qarşılayacaq.

“Report” “The Times”a istinadən xəbər verir ki, yarışın təşkilatçıları 2003-cü ildə qeydə alınan SARS virusundan sonra sığortaya pandemiya ilə əlaqədar maddə daxil ediblər.

Bildirilib ki, sığorta şirkəti 100 milyon funt-sterlinq ödəmə edərək bu ili ziyansız başa vurmağa səbəb olub.

Qeyd edək ki, Uimbldon turniri növbəti ildə baş tutacaq. Yarış bu il iyunun 29-dan iyulun 12-dək İngiltərənin paytaxtı Londonda təşkil olunmalı idi.

Son xəbərlər

Orphus sistemi