Yuxarı

U-13 kiçik yaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı birinciliyi yekunlaşıb

Bakı. 7 fevral. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində U-13 kiçik yaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 551 cüdoçu mübarizə aparıb.

Paytaxtın 48 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlanlar arasında bütün çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Müxtəlif çəki dərəcələrində Nurlan Kazımov, Kamran Həsənov, Şamil Tuncay, Emil Qasımlı, Kənan Hüseynov və Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək Bakı birinciliyinin qalibi adına layiq görülüblər. 

Mükafatçılara diplom və medallar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi