Türkmənistanda keçirilməsi planlaşdırılan "Amul - Xəzər 2019" rallisi ləğv olunub

Türkmənistanda keçirilməsi planlaşdırılan "Amul - Xəzər 2019" rallisi ləğv olunub Türkmənistanda keçirilməsi planlaşdırılan Amul - Xəzər 2019 rallisi ləğv olunub.
Fərdi
15 Aprel , 2019 12:38
Türkmənistanda keçirilməsi planlaşdırılan Amul - Xəzər 2019 rallisi ləğv olunub

Türkmənistanda keçirilməsi planlaşdırılan "Amul - Xəzər 2019" rallisi ləğv olunub.

"Report"un məlumatına görə, buna təşkilatçılar və Beynəlxalq Avtomobil Federasiyasl (FIA) arasındakı fikir ayrılığı səbəb olub. Məlumat Türkmənistan tərəfindən idarə olunan yarışın rəsmi saytı vasitəsi ilə yayılıb. Fikir ayrılığının nədən ibarət olduğu bəlli deyil. "Amul - Xəzər 2019" FIA-nın rəsmi saytında yarış təqvimində göstərilsə də, oraya qeyd əlavə olunub: "Daha ətraflı məlumat üçün milli assosiasiya ilə əlaqə saxlayın".

Tənqidçilər rallinin iqtisadi böhran yaşayan ölkənin büdcəsi üçün çox bahalı olduğunu vurğulayıblar. Əlavə olaraq, yerli sakinlər yarışın təşkili ilə əlaqədar xeyli narahatlıqlar yaşayıblar. Onlar kütləvi olaraq ərazilərin təmizlənməsinə cəlb ediliblər və uzun müddət isti havada çare (xalq gəzintisi) repetisiyasına məcbur ediliblər. 

Qeyd edək ki, "Amul - Xəzər 2019" rallisi 5 - 11 mayda keçirilməli idi. 

Son xəbərlər

Orphus sistemi