Türkiyənin tanınmış voleybolçularından olan Gözdə Kırdar karyerasını bitirib

Türkiyənin tanınmış voleybolçularından olan Gözdə Kırdar karyerasını bitirib O, “Dördlər finalı” turnirinin “Ən dəyərli oyunçusu” mükafatına layiq görülüb
Fərdi
7 May , 2018 06:35
Türkiyənin tanınmış voleybolçularından olan Gözdə Kırdar karyerasını bitirib

Buxarest. 7 may. REPORT.AZ/ Türkiyə milli voleybol komandasının və “Vakıfbank” klubunun ən təcrübəli oyunçularından olan Gözdə Kırdar karyerasını başa vurub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, voleybolçu bu qərarını Buxarestdə qadınlar arasında keçirilən voleybol üzrə Çempionlar Liqası yarışlarının “Dördlər finalı”ndan sonra açıqlayıb.

“Özümü çox xoşbəxt hiss edirəm. 20 ildir ki, “Vakıfbank” klubundayam və bu illər ərzində 20 kubok qazanmışam. Gözəl komandamız var. İnanılmaz dərəcədə xoşbəxtəm. Karyeram boyunca mənə dəstək olan hər kəsə minnətdaram”- deyə o, əlavə edib.

“Dördlər finalı”nda Rumıniyanın “Alba Blaj” komandası ilə final oyunu “Vakıfbank” klubunun voleybolçusu üçün karyerasında son oyun kimi yadda qalıb.

“Oyunöncəsi məşq, topun meydana daxil edilməsi və ya qəbulu, topla ünsiyyət – bu zaman hiss edirsən ki, butün bunlar son dəfədir. Göz yaşlarımı saxlaya bilmədim. Özümə təsəlli verdim ki, kapitanam və məni qarşıda final oyunu gözləyir. Bu hissləri unutdum və diqqətimi oyuna yönəltdim. Nəticədə qalib olub kuboku qazandıq. Karyeramı başa vurduqdan sonra ailəmizi genişləndirmək niyyətindəyik”, - deyə G. Kırdar bildirib.

Gözdə Kırdar, həmçinin “Dördlər finalı” turnirinin “Ən dəyərli oyunçusu” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi