Yuxarı

Azərbaycan cüdoçusu Meksikada gümüş medal qazanıb

O, beynəlxalq turnirin finalında İspaniya cüdoçusuna məğlub olan

Bakı. 19 iyun. REPORT.AZ/ Meksikada "Kankun Qran-Pri" yarışı Azərbaycan cüdoçusu Tural Səfquliyev üçün uğurlu olub və o, yarışda gümüş medal qazanıb.

"Report" xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb.

Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Tural Səfquliyev "Meksika Qran-Pri"sində 2-ci yeri tutub. Digər iki cüdoçumuz - Rüfət İsmayılov və Cəlil Şükürov ilk görüşdə rəqiblərinə uduzublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi