Tomas Bax: "KXDR və Cənubi Koreyanın konfrontasiyadan dialoqa keçməsinə idmanın gücü kömək etdi"

Tomas Bax: "KXDR və Cənubi Koreyanın konfrontasiyadan dialoqa keçməsinə idmanın gücü kömək etdi" "Olimpiadada iki ölkə idmançılarının yan-yana addımladıqları dəqiqələr tarixi hadisə idi"
Fərdi
27 Aprel , 2018 15:43
Tomas Bax: KXDR və Cənubi Koreyanın konfrontasiyadan dialoqa keçməsinə idmanın gücü kömək etdi
Tomas Bax

Bakı. 27 aprel. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İnin görüşünü şərh edib.

"Report"un məlumatına görə, almaniyalı funksioner idmanın rolunu qabardıb.

T.Bax deyib: "Tez-tez beynəlxalq münasibətlərin sərt real siyasət olduğunu söyləyirlər. Buna görə də bəzilərini məhz idmanın gücünün KXDR və Cənubi Koreyaya konfrontasiyadan dialoqa keçməyə kömək etdiyi faktı təəccübləndirə bilər. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında Açılış mərasimində iki ölkənin idmançılarının birləşmiş bayraq altında vahid yığma kimi yan-yana addımladıqları dəqiqələr tarixi hadisə idi. Görünür, bu, təsadüfən baş vermədi, 2014-cü ildə IOC-un yüksək səviyyəli dövlət sturukturlarının danışıqlara cəlb olunması istiqamətində uzun danışıqların nəticəsi idi".

Qeyd edək ki, KXDR və Cənubi Koreya liderləri bu gün görüşüb. Görüşdə iki ölkə düşmənçilik fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi