Tomas Bax: "Boksun Tokio Olimpiadasının proqramında qalması üçün bütün gücümüzü ortaya qoyacağıq"

Tomas Bax: "Boksun Tokio Olimpiadasının proqramında qalması üçün bütün gücümüzü ortaya qoyacağıq" Bakı. 1 dekabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsində maraqlıdır.
Fərdi
1 Dekabr , 2018 12:16
Tomas Bax: Boksun Tokio Olimpiadasının proqramında qalması üçün bütün gücümüzü ortaya qoyacağıq
Tomas Bax

Bakı. 1 dekabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsində maraqlıdır. 

"Report"un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax Yaponiyanın paytaxtı Tokioda keçirilmiş İcraiyyə Komitəsinin yekunlarına dair mətbuat konfransında açıqlama verib. 

"Biz qarşıdakı olimpiadada boks turnirinin olmasını istəyirik və bunun üçün bütün gücümüzü ortaya qoyacağıq", - o bildirib. 

Daha əvvəl IOC "Tokio-2020"də boks yarışının keçirilməsi planlarını dondurub. Belə bir qərar Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AIBA) qarşı başladılmış araşdırmalardan sonra qəbul olunub. Araşdırmalar qurumun fəaliyyətinin dayandırılmasına səbəb ola bilər. IOC-u AIBA-nın idarəetmə, maliyyə və antidopinq üzrə hesabatları qane etmir. Xüsusən, beynəlxalq cinayətkar şəbəkə ilə əlaqədə və ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında olan Qafur Rəhimovun assosiasiya prezidenti seçilməsi ali olimpiya qurumunu narazı salıb. IOC AIBA-nın maliyyələşdirməsini, bilet satışını, olimpiadaya seçim yarışlarını, olimpiya obyektləri və simvollarından reklam materialları üçün istifadəni dayandırıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında boks turnirinin keçirilib-keçirilməməsinə dair yekun qərar IOC-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək növbəti Sessiyasında qəbul olunacaq. Olimpiada 2020-ci il iyulun 24-dən avqustun 9-dək nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi