Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionluğu uğrunda matçın 3-cü turunda hindistanlı Vişvanatan Anandın norveçli Maqnus Karlsen üzərində qələbəsinə reaksiya verib. "Report"un məlumatına görə, T.Rəcəbov şəxsi "Twitter" hesabında artıq heç bir proqnoz verilməməsini xahiş edib.
27 yaşlı şahmatçı fikirlərini belə əsaslandırıb: "Bu, küçə döyüşü deyil".
Qeyd edək ki, M.Karlsenlə V.Anand arasındakı qarşılaşmanın ilk turu heç-heçə ilə nəticələnib. Növbəti turda M.Karlsen qalib gəldikdən sonra çoxları norveçli qrossmeysterin dünya çempionluğunu qoruyacağını bildirib. Lakin 3-cü turda V.Anand qalib gələrək ümumi hesabı bərabərləşdirib - 1,5:1,5. Tərəflər ən azı daha 9 tur oynayacaqlar.