"Formula 1": İkinci günün qalibi Sebastyan Vettel oldu

"Formula 1": İkinci günün qalibi Sebastyan Vettel oldu Formula 1 üzrə dünya çempionatının mövsüm öncəsi test sessiyasında ikinci günə yekun vurulub.
Fərdi
27 Fevral , 2020 21:20
Formula 1: İkinci günün qalibi Sebastyan Vettel oldu

"Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi test sessiyasında ikinci günə yekun vurulub.

"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərindəki "Katalunya" trasında keçirilən bugünkü test sessiyasında ən yaxşı nəticəyə İtaliyanın "Ferrari" komandasının pilotu Sebastyan Vettel imza atıb - 1 saat 16,841 dəqiqə (145 dövrə).

"AlphaTauri" komandasının sürücüsü Pyer Qasli 1 saat 17,066 dəqiqə (139 dövrə) göstərici ilə ikinci olub. "Racing Point" kollektivinin pilotu Lens Stroll isə üçüncü ən yaxşı nəticəni göstərib - 1 saat 17,118 dəqiqə (130 dövrə).

İkinci test sessiyasının ilk günündə ən yaxşı göstəriciyə İsveçrənin "Alfa Romeo" komandasının pilotu Robert Kubitsa imza atıb - 1 saat 16, 942 dəqiqə (53 dövrə).

Qeyd edək ki, mövsüm öncəsi ikinci test sessiyası fevralın 28-dək davam edəcək. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. 

Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

Son xəbərlər

Orphus sistemi