"Formula 1": Son gündə "Mercedes" komandası hamını qabaqladı

"Formula 1": Son gündə "Mercedes" komandası hamını qabaqladı Formula 1 üzrə dünya çempionatının mövsüm öncəsi ikinci test sessiyasına yekun vurulub.
Fərdi
29 Fevral , 2020 10:03
Formula 1: Son gündə Mercedes komandası hamını qabaqladı

"Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ikinci test sessiyasına yekun vurulub.

"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərindəki Katalunya trasında keçirilən test sessiyasının son günündə ən yaxşı nəticəyə Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas imza atıb. O, 79 dövrəni 1 saat 16,196 dəqiqəyə qət edib. 

Avstriyanın "Red Bull Racing" komandasının sürücüsü Maks Ferstappen 1 saat 16,269 dəqiqə (45 dövrə) göstərici ilə ikinci olub. Fransanın "Renault" kollektivinin pilotu Daniel Rikkardo isə üçüncü ən yaxşı nəticəni göstərib - 1 saat 16,276 dəqiqə (65 dövrə).

İkinci test sessiyasının ilk günündə "Alfa Romeo" komandasının pilotu Robert Kubitsa, ikinci gündə isə İtaliyanın "Ferrari" komandasının sürücüsü Sebastyan Fettel hamını qabaqlayıb.

Qeyd edək ki, "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13 - 15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27 - 29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

Son xəbərlər

Orphus sistemi