Tatyana Deniskina: "Biz Mali ilə oyuna revanş almaq üçün çıxmışdıq"

Tatyana Deniskina: "Biz Mali ilə oyuna revanş almaq üçün çıxmışdıq" "Onlara qrup mərhələsində artıq bir dəfə məğlub olmuşduq"
Fərdi
21 May , 2017 23:06
Tatyana Deniskina: Biz Mali ilə oyuna revanş almaq üçün çıxmışdıq
Report.az

Bakı. 21 may. REPORT.AZ/ "Biz Mali yığmasına qrup mərhələsində artıq bir dəfə məğlub olmuşduq. Ona görə də, qızıl medallar uğrunda görüşə yalnız qalib gəlmək niyyəti ilə çıxmışdıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İslamiadanın qızıl medalçısı, 3x3 basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Tatyana Deniskina deyib.

"Biz bu oyuna revanş almaq üçün çıxmışdıq və bir tapşırığımız var idi - qalib olmaq, buna da nail olduq", - deyə idmançı əlavə edib.

T.Deniskina, həmçinin Mali yığmasının kobud oynadığını diqqətə çatdırıb:

"Biz onlarla artıq oynadığıçız üçün, bu cür oyuna hazır idik. Biz də onlara qarşı sərt oynadıq və məqsədimizə çatdıq".

Azərbaycanlı oyunçu yığma kpmandasının turnir üzrə ümumilikdə oyunu yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi