"Tata Steel Chess": Məmmədyarov Kramniklə heç-heçə edərək liderliyini itirib

"Tata Steel Chess": Məmmədyarov Kramniklə heç-heçə edərək liderliyini itirib Görüş 39-cü gedişdə yekunlaşıb
Fərdi
24 Yanvar , 2018 02:05
Tata Steel Chess: Məmmədyarov Kramniklə heç-heçə edərək liderliyini itirib

Bakı. 24 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirinin IX turuna yekun vurulub.

“Report” xəbər verir ki, Azərbaycanın superturnirdəki yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda rusiyalı keçmiş dünya çempionu Vladmir Kramniklə qarşılaşıb.

Görüş 39-cü gedişdə heç-heçə başa çatıb və Məmmədyarov turnirdəki liderliyini itirərək ikinci yerə düşüb.

Turnir cədvəli: Qiri - 6,5 xal, Məmmədyarov, Karlsen - 6, Kramnik, So - 5,5, Karyakin, Anand - 5, Svidler - 4,5, Matlakov, Cons - 4, Vey Yi, Karuana - 3,5, Adhiban - 2,5, Hou İfan - 1,5.

Son xəbərlər

Orphus sistemi