Tanınmış cüdoçularımız əhaliyə çağırış etdi - VİDEO

Tanınmış cüdoçularımız əhaliyə çağırış etdi - VİDEO Azərbaycan Cüdo Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb.
Fərdi
9 Aprel , 2020 22:00
Tanınmış cüdoçularımız əhaliyə çağırış etdi - VİDEO

Azərbaycan Cüdo Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb.

Federasiyadan “Report”a verilən məlumata görə, videoçarxda milli komanda üzvlərindən Məmmədəli Mehdiyev, dünya və Avropa mükafatçıları Nıcat Şıxəlizadə ilə Orxan Səfərov, həmçinin, Avropa çempionu, olimpiya və dünya mükafatçısı Rüstəm Orucov çəkiliblər. 

Cüdoçular əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa, koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyiblər.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün onlar əhaliyə “#Evdeqal” mesajını veriblər.

Son xəbərlər

Orphus sistemi