​Tailand ağırlıqqaldıranı Rio-2016-nın qızıl medalını qazanıb

​Tailand ağırlıqqaldıranı Rio-2016-nın qızıl medalını qazanıb İkinci yeri İndoneziya nümayəndəsi tutub
Fərdi
7 Avqust , 2016 06:14
​Tailand ağırlıqqaldıranı Rio-2016-nın qızıl medalını qazanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Tailanddan olan ağırlıqqaldıran Sopita Tanasan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qadınlar arasında 48 kq.-dək çəki dərəcəsində qızıl medal qazanıb.

"Report" xəbər verir ki, Tanasanın ikinövlülük üzrə ümumi nəticəsi 200 kq. (Birdən qaldırmada 92 kq, təkanla qaldırmada 108 kq) təşkil edib.

Yarışda ikinci yeri (192; 85+107) İndoneziya təmsilçisi Şri Vaxuni Aqustiani tutub.

Üçüncü yerə (188; 81+107) yaponiyalı Xiromi Miyake yüksəlib.

Son xəbərlər

Orphus sistemi