Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub Elnur Amanov koreyalı mütəxəssisi əvəzləyib
Fərdi
17 Yanvar , 2017 16:21
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın taekvondoçu qadınlardan ibarət yığma komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un məlumatına görə, bu vəzifə Elnur Amanova tapşırılıb.

Qərar Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin sonuncu iclasında qəbul olunub.

Qeyd edək ki, Elnur Amanov bu təyinatadək kişilərdən ibarət Azərbaycan yığmasında böyük məşqçi funksiyasını yerinə yetirib. O, yeni vəzifədə cənubi koreyalı Park Sun Mini əvəzləyib.  

Son xəbərlər

Orphus sistemi