Azərbaycanın daha 2 taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycanın daha 2 taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının ikinci gününü də medalsız başa vurub.
Fərdi
16 May , 2019 17:22
Azərbaycanın daha 2 taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının ikinci gününü də medalsız başa vurub.

"Report"un məlumatına görə, bu gün mübarizəyə qoşulan Bəhruz Quluzadə (54 kq) və Məhəmməd Məmmədov (68 kq) ilk görüşdəcə məğlub olublar. Onlar 1/64 final mərhələsində müvafiq olaraq pakistanlı Şahzaib Xan ilə Bosniya və Herseqovina təmsilçisi Nedzad Husiçə uduzublar. 

Qeyd edək ki, ilk yarış günündə Qaşım Maqomedov 1/4 finalda mübarizəni dayandırıb. Azərbaycanın 10 taekvondoçu ilə təmsil olunduğu mundiala mayın 19-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi