Yuxarı

Azərbaycan taekvondo millisi dünya çempionatının ilk gününü medalsız başa vurub

Taekvondo millimiz dünya çempionatının ilk gününü medalsız başa vurdu

Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində start götürən dünya çempionatının ilk gününü medalsız başa vurub.

"Report"un məlumatına görə, ilk yarış günündə yığmanın heyətində Qaşım Maqomedov dayanq üzərinə çıxıb.

58 kq çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Maqomedov 1/4 finala kimi irəliləsə də, bu raundda Portuqaliya təmsilçisi Ruy Braqansaya uduzub - 4:7.  

Qeyd edək ki, Azərbaycan yığması 5 gün davam edən mundialda 10 taekvondoçu ilə təmsil olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi