​"Synergy Baku"nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb

​"Synergy Baku"nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb Komandaya gənclər və təcrübəli velosipedçilər cəlb olunub
Fərdi
14 Noyabr , 2015 15:38
​Synergy Bakunun 2016-cı il üçün ilkin heyəti açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb. "Report"un məlumatına görə, ötən illə müqayisədə komandanın tərkibində müəyyən dəyişikliklər edilib.

Məlumata görə, Azərbaycanın Elit yığma komandasının üzvü Tural İsgəndərov və avstriyalı Markus Eybegerlə yeni müqavilə imzalanmayıb. Aqşin İsmayılov isə dağ velosipedi üzrə məşqçilik karyerasına başlaması ilə əlaqədar, şose yarışlarında iştirakını başa vurub.

Gənclər yığmasının üzvü Kənan Qəhrəmanlı da komandaya cəlb olunub. Gənclər yığmasının daha bir üzvü Tərlan Məmmədovun da "Synergy Baku" ilə müqavilə imzalaması müzakirə edilir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev bildirib ki, 2016-cı il üçün açıqlanan 14 nəfərlik ilkin heyət içərisində Azərbaycanın müxtəlif yığma komandalarının şərəfini qoruyan 8 velosipedçi var. Onlar Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bayrağı altında keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak etməklə böyük təcrübə toplayırlar.

"Synergy Baku"-2016: Elçin Əsədov (Azərbaycan, Elit), Maksim Averin (Azərbaycan, Elit), Elgün Əlizadə (Azərbaycan U-23), Ənvər Asanov (Azərbaycan U-23), İsmayıl İlyasov (Azərbaycan U-23), Samir Cəbrayılov (Azərbaycan U-23), Kənan Qəhrəmanlı (Azərbaycan, gənclər), Tərlan Məmmədov (Azərbaycan, gənclər), Matiya Kvasina (Xorvatiya), Matey Müqerli (Xorvatiya), Yosip Rumaç (Xorvatiya), Aleksandr Surutkoviç (Ukrayna), Kiril Pozdnakov (Rusiya) və İoannis Tamuridis (Yunanıstan).

Xorvatiyalı Matiya Kvasina ölkəsinin fərdi ötüşmə üzrə son çempionudur. Digər xorvat velosipedçi Yosip Rumaç isə qrup ötüşməsi üzrə Xorvatiya çempionatında 2-ci yeri tutub, həmçinin ölkəsinin yığma komandasının heyətində "Bakı 2015" I Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.

Gələn il üçün sifariş edilən Kiril Pozdnyakova isə 2013-cü ildə "Synergy Baku"nun heyətində olub və 2.1 kateqoriyalı çoxgünlük "Tour of China" yürüşünün qalibi adına sahib çıxıb. Sonrakı 2 ildə isə Rusiyanın pro-kontinental "RusVelo" komandasının heyətində çıxış edib.

Son xəbərlər

Orphus sistemi