Yuxarı

Superturnir: Arkadi Naydiç Levon Aronyanla heç-heçə edib

​Superturnir: Arkadi Naydiç Levon Aronyanla heç-heçə edib

Aprelin 20-də Almaniyanın Karlsrue şəhərində "Grenke Chess Classic" şahmat superturniri start götürüb.

"Report" xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç ilk turda erməni şahmatçı Levon Aronyanla heç-heçə edib.

Arkadi Naydiç ikinci turda rusiyalı Pyotr Svidler ilə qarşılaşacaq.

Yarışın birinci mərhələsində keçirilən 5 partiyadan yalnız birində qələbə qeydə alınıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 14 yaşlı alman şahmatçı Vinsent Kaymerlə qarşılaşıb. Görüş 6 saat 42 dəqiqə davam edib. Karlsen yalnız 81 gedişdən sonra debütant rəqibini mat edə bilib.

Digər qarşılaşmalarda rusiyalı Pyotr Svidler amerikalı Fabiano Karuana ilə, fransalı Maksim Vaşye-Laqrav hindistanlı Vişvanatan Anandla, alman Georg Mayer isə ispan Fransisko Valyexo ilə xalları yarı bölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi