Sumqayıtda cüdo hakimləri üçün seminar keçirilib

Sumqayıtda cüdo hakimləri üçün seminar keçirilib Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt təlim-məşq bazasında hakimlər üçün seminar keçirilib.
Fərdi
7 Yanvar , 2019 10:32
Sumqayıtda cüdo hakimləri üçün seminar keçirilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt təlim-məşq bazasında hakimlər üçün seminar keçirilib. 

"Report" ACF-in rəsmi saytına istinadən xəbər verir ki, cüdo ictimaiyyətinin nümayəndələri, beynəlxalq dərəcəli referilərin, federasiya rəsmiləri və gənc hakimlərin iştirak etdiyi seminar nəzəri və praktiki hissədən ibarət olub. Sumqayıt şəhərində yeni istifadəyə verilmiş zalda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb. 

Qeyd edək ki, azərbaycanlı beynəlxalq dərəcəli hakimlər Mətin Rəhimli və Fariz Hüseynov gələn həftə Avstriyanın Mittersil şəhərində keçiriləcək seminara qatılacaqlar. 

Son xəbərlər

Orphus sistemi