Su İdmanı Beynəlxalq Federasiyasının vitse-prezidenti saxlanılıb

Su İdmanı Beynəlxalq Federasiyasının vitse-prezidenti saxlanılıb Bakı. 20 aprel. REPORT.AZ/ Su İdmanı Beynəlxalq Federasiyasının vitse-prezidenti Tamaş Dyarfaş saxlanılıb.
Fərdi
20 Aprel , 2018 07:32
Su İdmanı Beynəlxalq Federasiyasının vitse-prezidenti saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Su İdmanı Beynəlxalq Federasiyasının vitse-prezidenti Tamaş Dyarfaş saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Inside The Games" məlumat yayıb.

Məlumata görə, o, qətl hadisəsinin təşkilatçılığında şübhəli bilinir. Macarıstanın dövlət agentliyi MTI xəbər verib ki, Dyarfaş mediamaqnat Yanoş Fenyunun qətlində əlbir olmaqda şübhəli bilinir. Biznesmen 1998-ci ilin fevralında avtomobilində güllələnərək öldürülüb.

Qətlə görə slovak Yozef Rohaç azadlıqdan ömürlük məhrum edilib. Lakin qətlin sifarişçisi müəyyən edlməyib. Macarıstan polisi ötən ilin oktyabrında yenidən cinayət işi açmağa qərar verib. Dyarfaş istintaqın gedişində sorğu-sual edilən və saxlanılan iki nəfərdən biridir.

Federasiyadan bildirilib ki, Tamaş Dyarfaşın saxlanılmasından məlumatlıdırlar və istintaq barədə sonrakı məlumatı gözləyirlər.

Son xəbərlər

Orphus sistemi