Yuxarı

SOCAR "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tərəfdaşı olacaq

SOCAR "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tərəfdaşı olacaq

SOCAR şirkəti Bakıda növbəti dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tərəfdaşı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, SOCAR "Formula 1" kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi, çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtoidman azarkeşinə öz brendini tanıdacaq.

Şirkətin adı yarışın adına əlavə olunacaq və yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim olunacaq. Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-prisi 2019” adı altında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi