"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov uduzub, Teymur Rəcəbov heç-heçə edib

"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov uduzub, Teymur Rəcəbov heç-heçə edib Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2019 superturnirində VI turun görüşləri keçirilib.
Fərdi
6 Aprel , 2019 19:53
ShamkirChess 2019: Şəhriyar Məmmədyarov uduzub, Teymur Rəcəbov heç-heçə edib

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində VI turun görüşləri keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar MəmmədyarovTeymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.

Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub. Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub.

"ShamkirChess 2019"

VI tur

6 aprel

Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 1:0

Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 - 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər.

Son xəbərlər

Orphus sistemi