"ShamkirChess 2018": Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı ilə qarşılaşacaq

"ShamkirChess 2018": Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı ilə qarşılaşacaq Rauf Məmmədov isə yarışın lideri ilə görüşəcək
Fərdi
25 Aprel , 2018 12:04
ShamkirChess 2018: Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı ilə qarşılaşacaq

Bakı. 25 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VI turun görüşləri keçiriləcək.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla çıxış edəcək. Məmmədyarovun rəqibi İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı - çinli Dinq Liren olacaq. Məmmədov isə yarışın bolqarıstanlı lideri Veselin Topalovla üz-üzə gələcək.

"Shamkir Chess 2018”

VI tur

25 aprel

Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa)

Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç)

Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya)

Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, 5 turdan sonra aktivində 3,5 xal olan Veselin Topalov liderdir. Maqnus Karlsen 3 xalla ikinci pillədə qərarlaşıb. Teymur Rəcəbov, Rauf Məmmədov, Sergey Karyakin, Aniş Giri, Dinq Liren hərəyə 2,5 xalla 3 - 7-ci yerləri bölüşdürür. Radoslav Voytaşek, Şəhriyar Məmmədyarov və David Navara isə hərəyə 2 xalla 7 - 10-cu yerdədirlər.

Son xəbərlər

Orphus sistemi