Yuxarı

Şərif Şərifovu udan güləşçi də koronavirusa yoluxdu

Şərif Şərifovu udan güləşçi də koronavirusa yoluxdu

528

Abdulraşid Sadulayev

Rusiyalı sərbəst güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Abdulraşid Sadulayev koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə əslən Dağıstandan olan idmançı özünün "Instagram" səhifəsində paylaşım edib.

4 qat Avropa və dünya çempionu bildirib ki, həmyerliləri kimi o da əvvəlcə xəstəliyi ciddiyə almayıb: "Virus yalnız qapımızı kəsdirəndə bunun necə təhlükəli olduğunu hiss etdim. Özüm, doğmalarım, yaxınlarım xəstəliyi keçirdi. Bir çox tanışım isə artıq dünyasını dəyişib".

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirusa yoluxub.

Xatırladaq ki, Abdulraşid Sadulayev Rio olimpiadasının yarımfinalında və ötən il Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının finalında Şərif Şərifova qalib gəlib. Onların hər ikisi Dağıstanın Çarodin rayonunda anadan olublar.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi