Şərif Şərifov: "Sədullayevlə bir-birimizi yaxşı tanımağımız mənə çətinlik yaradırdı"

Şərif Şərifov: "Sədullayevlə bir-birimizi yaxşı tanımağımız mənə çətinlik yaradırdı" Əlbəttə, bu dünya çempionatı çox çətin idi. Olimpiadaya lisenziya xarakteri daşıyırdı. Hamı yüksək nailiyyətlərə köklənmişdi. Hamı kimi mən də hazırlaşmışdım. Abdulrəşid Sadullayevlə bir-birimizi çox yaxşı tanıyırıq. Özümü yaxşı hiss edirdim, amma alınmadı.
Fərdi
22 Sentyabr , 2019 19:27
Şərif Şərifov: Sədullayevlə bir-birimizi yaxşı tanımağımız mənə çətinlik yaradırdı
Foto: "Report"

"Əlbəttə, bu dünya çempionatı çox çətin idi. Olimpiadaya lisenziya xarakteri daşıyırdı. Hamı yüksək nailiyyətlərə köklənmişdi. Hamı kimi mən də hazırlaşmışdım. Abdulrəşid Sadullayevlə bir-birimizi çox yaxşı tanıyırıq. Özümü yaxşı hiss edirdim, amma alınmadı".

Bunu Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 97 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov rusiyalı Abdulrəşid Sədullayevlə keçirdiyi final görüşü barədə "Report"un yarışa ezam olunmuş əməkdaşına danışarkən deyib.

Olimpiya, dünya və Avropa çempionu Sədullayevə üçüncü dəfə uduzmasını belə izah edib: "Təəssüf ki, bu dəfə də məğlub oldum. Onunla qonşuyuq, eyni zalda məşq etmişik, bir-birimizə, güləş taktikamıza yaxşı bələdik. Ola bilsin, bu amil mənim üçün daha da çətinlik yaradırdı. Qələbə üçün nə çatmadığını deyə bilmərəm. Rəqibim 4:0 hesabı ilə önə keçdikdən sonra nə isə etməyə çalışdım. Amma heç nə alınmadı. Nə etmək olar?".

Şərifov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da 97 kq çəkidə çıxış edəcəyini bildirib. O, hansı yarışlarda çıxış edəcəyinə məşqçilər heyəti ilə birgə qərar verəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Şərif Şərifov Azərbaycanın "Tokio-2020"yə sərbəst güləş növündə qazandığı yeganə lisenziyanın müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi