Şərif Şərifov Rusiyada bürünc medal qazanıb

Şərif Şərifov Rusiyada bürünc medal qazanıb Bakı. 9 dekabr. REPORT.AZ/ Şimali Osetiyanın paytaxtı Vladiqafqazda (Rusiya) sərbəst güləş üzrə Alans turniri keçirilib.
Fərdi
9 Dekabr , 2018 22:31
Şərif Şərifov Rusiyada bürünc medal qazanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Şimali Osetiyanın paytaxtı Vladiqafqazda (Rusiya) sərbəst güləş üzrə "Alans" turniri keçirilib.

“Report” xəbər verir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif ŞərifovMəhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil edib.

Aslenbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib. Digər təmsilçilərimizə gəlincə, Xatiyev 1/8 finalda mübarizəni dayandırıbsa, Şərifov bürünc medal qazanaraq, 1000 dollar pul mükafatına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi