Yuxarı

Sergey Karyakin: "İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı" - FOTO

Shamkir Chess 2017 turnirində I turun görüşləri davam edir.

Bakı. 22 aprel. REPORT.AZ/ "Shamkir Chess 2017" turnirində I turun görüşləri davam edir.

"Report" xəbər verir ki, hesabat turunda Rusiya təmsilçisi Sergey Karyakin hindistanlı Pentala Harikrişnayla heç-heçə oynayıb.

Oyundan sonra şahmatçılar mətbuat konfransında iştirak ediblər.

Sergey Karyakin ağ fiqurlarla heç-heçəni normal nəticə kimi dəyərləndirib: "Debütdən sonra üstünlük qazanmadım. Axtarışda idim. Amma Harikrişna çox diqqətli oynadı. 4 saatdan çox mübarizə apardıq. Bərabər səviyyəli oyun keçdi. Hesab nəticəyə görə oldu. İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı".

Hindistan təmsilçisi Pentala Harikrişna isə Şəmkir turnirində zəif rəqib olmadığını deyib: "Heç-heçə normal nəticədir. Fikrimcə, Şəmkirdə heç-heçələr çox olacaq. Karyakin debütdən üstünlük qazanmadığı üçün müxtəlif variantlardan istifadə etdi. Qara fiqurlarla ona qarşı müqavimət göstərmək asan deyil. Əsas mübarizə irəlidədir. Ona görə artıq növbəti rəqib haqqında düşünmək lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi