Serena Uilyams dopinq qəbul etdiyini boynuna alıb

Serena Uilyams dopinq qəbul etdiyini boynuna alıb Preparat xəstəliyə görə ona lazım olub
Fərdi
10 Mart , 2018 05:05
Serena Uilyams dopinq qəbul etdiyini boynuna alıb

Bakı. 10 mart. REPORT.AZ/ Amerikalı tennisçi Serena Uilyams 2015-ci ildə keçirilən "Roland Garros" zamanı qadağan olunmuş preparat qəbul etməsindən danışıb.

“Report” xəbər verir ki, idmançının sözlərinə görə, o, dopinqi qanuni olaraq qəbul edib, çünki həmin preparatlardan (TUE) terapevtik istifadə üçün icazəsi var imiş.

Preparat xəstəliyə görə ona lazım olub. Səhhəti ilə bağlı probleminin olmasına baxmayaraq, o, turnirdə qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi