​Selvesteri Antonio: "Az qalıram meydana çıxaraq görüşləri özüm idarə edim"

​Selvesteri Antonio: "Az qalıram meydana çıxaraq görüşləri özüm idarə edim" Dünya Güləş Birliyinin (DGB) Hakimlər Kollegiyasının sədri Silvesteri Antonio yarış haqda fikirlərini bildirib
Fərdi
28 Noyabr , 2015 17:49
​Selvesteri Antonio: Az qalıram meydana çıxaraq görüşləri özüm idarə edim

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı İdman Sarayında keçirilən umummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Azərbaycanda səfərdə olan Dünya Güləş Birliyinin (DGB) Hakimlər Kollegiyasının sədri Silvesteri Antonio yarış haqda fikirlərini bildirib. "Report"un məlumatına görə, o, yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

S.Antonio "Qızıl Qran-Pri"nin final mərhələsinin təşkilati işlərindən razı qaldığını bildirib: "Burada idmançı, məşqçi, hakim və nümayəndələr üçün hər cür şərait yaradılıb. Turnir gərgin mübarizə şəraitində keçir. Kişilərlə bərabər, qadınlar üçün də yüksək şərait var və onlar yarışda birlikdə iştirak edirlər. Bu isə güləşin inkişafında mühim rol oynayır".

O qeyd edib ki, "Qızıl Qran-Pri” beynəlxalq turniri dünyanın ən güclü güləş yarışlarındandır: "Bu turnirdə güclü güləşçilər yarışırlar. Azərbaycan yarışı elə təşkil edib ki, az qalıram meydana çıxaraq görüşləri özüm idarə edim. Ölkə rəhbərliyi və AGF-yə minnətdarlığımı bildirirəm".

Son xəbərlər

Orphus sistemi