​Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova İslandiyaya yollanıb

​Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova İslandiyaya yollanıb Onlar “Reykyavik Open 2015"də yarışacaqlar
Fərdi
10 Mart , 2015 16:37
​Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova İslandiyaya yollanıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün İslandiyanın paytaxtı Reykyavik şəhərində “Reykyavik Open 2015" beynəlxalq şahmat turniri start götürüb. "Report"un məlumatına görə, turnirdə Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova təmsil edir.

Ümumilikdə yarışda 30-dan artıq ölkədən 281 (43 qrossmeyster) zəka sahibi iştirak edir. 10 turdan ibarət yarış İsveçrə sistemi ilə keçirilir.

Qeyd edək ki, turnir martın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi