Şəhriyar Məmmədyarov Moskva Qran-prisində ikinci yeri tutub

Şəhriyar Məmmədyarov Moskva Qran-prisində ikinci yeri tutub Məmmədyarov 2801 retytinq xalı toplamaqla bu həddə çatan ilk Azərbaycan şahmatçısı olub
Fərdi
22 May , 2017 16:23
Şəhriyar Məmmədyarov Moskva Qran-prisində ikinci yeri tutub
Report.az

Moskva. 22 may. REPORT.AZ/ "Dünya çempionu adı uğrunda mübarizəni davam etdirəcəyəm". 

Bunu "Report"un Rusiya bürosuna azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

Şahmat dairələrində "Şah" kimi tanınan Azərbaycan şahmatçısı 9 mümkün xaldan 6-sını toplayaraq FİDE-nin himayəsi altında keçirilən Moskva Qran-prisində ikinci yeri tutub. O, yalnız son turda liderliyi çin şahmatçısı Din Lirenə verib. Buna baxmayaraq, azərbaycanlı qrossmeyster oyunu ilə şahmat analitiklərində müsbət təsir bağışlayıb. Belə ki, Moskva Qran-prisinin 4-cü turunda qələbə qazanmaqla Ş.Məmmədyarov reytinq xallarının sayını 2801-ə çatdırıb və bu həddə çatan ilk Azərbaycan şahmatçısı olub.

Qeyd edək ki, şəxsi hesabda 2800 reytinq xalı şahmatçı üçün turnirdə ən yüksək uğur göstəricisi hesab edilir. Bununla da Şəhriyar Məmmədyarov planetin hazırda çıxışını davam etdirən və belə göstəriciyə malik 5-ci şahmatçısı olub.

Digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə turnirdə 5 xalla 3-9-cu yerləri bölüşüb.

Qeyd edək ki, Qran-pri seriyalı turnirlər ilin ən çətin yarışlarıdır. Mərhələ qalibləri dünya çempionu adı uğrunda namizədlərin turnirinə vəsiqə qazanır.

Son xəbərlər

Orphus sistemi