Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub

Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub Bu gün sürətli şahmat üzrə 3 tur oynanılıb
Fərdi
2 Mart , 2018 23:24
Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub.

"Report"un məlumatına görə, bu gün sürətli şahmat üzrə 3 tur oynanılıb.

Otuz üç yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.

Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq.

Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi