Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü yeri tutub

Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü yeri tutub Zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gəlib
Fərdi
27 Fevral , 2017 22:22
Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü yeri tutub

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov BƏƏ-nin Şarca şəhərində keçirilən ilk FİDE Qran-Prisində 3-cü yeri tutub.

"Report"un məlumatına görə, 32 yaşlı zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gələrək, xallarını 5,5-ə çatdırıb.

Nəticədə o, rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye-Laqravla birgə ilk 3-lükdə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.

İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.

Son xəbərlər

Orphus sistemi