Şəhriyar Məmmədyarov Azərbaycan tarixində ilk dəfə dünya reytinqində 3-cü pilləyə yüksəlib

Şəhriyar Məmmədyarov Azərbaycan tarixində ilk dəfə dünya reytinqində 3-cü pilləyə yüksəlib Ən böyük sıçrayışa isə Rauf Məmmədov nail olub
Fərdi
30 Noyabr , 2017 16:34
Şəhriyar Məmmədyarov Azərbaycan tarixində ilk dəfə dünya reytinqində 3-cü pilləyə yüksəlib

Bakı. 30 noyabr. REPORT.AZ/ FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə 3-cü pilləyə yüksəlib.

Hazırda 2799 xala malik 32 yaşlı qrossmeyster yalnız norveçli dünya çempionu Maqnus Karlsen (2837) və ermənistanlı Levon Aronyandan (2805) geri qalır.

Teymur Rəcəbov 2 pillə irəliləyərək 2748 xalla 17-ci pillədə qərarlaşıb. Ən böyük sıçrayışa isə Rauf Məmmədov nail olub. 2709 xala malik 29 yaşlı şahmatçı 18 pillə irəliləyib və 40-cı mövqeyə yüksəlib. 2705 xalı olan Arkadi Naydiç isə 1 pillə irəliləyib. O, hazırda 43-cüdür.

Son xəbərlər

Orphus sistemi